Pakistanı etiraz aksiyaları bürüdü - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Pakistanı etiraz aksiyaları bürüdü - VİDEO

Dünya

07 Oktyabr 2026 09:00 90


Pakistanda sabiq baş nazir İmran Xan tərəfdarlarının kütləvi etiraz aksiyaları və nümayişləri yenidən geniş vüsət alıb.

“Yeni Sabah” xəbər verir ki, hökumət nümayəndələri ilə müxalifət arasında aparılan danışıqların iflasa uğramasından sonra minlərlə etirazçı keçmiş hökumət rəhbərinin həbsdən azad edilməsi tələbi ilə ölkənin şimal-qərb bölgələrindən paytaxt İslamabada doğru kütləvi yürüşə başlayıb.

Aksiya iştirakçıları İmran Xana qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildirir və onun dərhal azadlığa buraxılmasını, eləcə də ölkədə ədalətli seçkilərin keçirilməsini tələb edirlər. Hüquq-mühafizə qüvvələri paytaxtın giriş-çıxış yollarında təhlükəsizlik tədbirlərini gücləndirib, əsas magistrallarda maneələr quraşdırıb. pizza sifarişi

Hökumətin etirazların qarşısını almaq üçün gördüyü sərt tədbirlərə baxmayaraq, ölkə miqyasında nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma riskinin və siyasi böhranın daha da dərinləşəcəyi proqnozlaşdırılır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!