Papa istefa fərmanı imazaladı

saytların hazırlanması

Evə çatdırılma

Papa istefa fərmanı imazaladı

Dünya

23 Noyabr 2022 14:53 758


Dünya katoliklərinin lideri Katolik Kilsəsinin qlobal xeyriyyə təşkilatının rəhbərini işdən çıxarıb.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, Papa Fransisk işçi heyətinə qarşı zorakılıq və alçaldılma iddialarından sonra qurumu idarə etmək üçün ora komissar təyin edib.

Bu qəfil addım Vatikanda yerləşən, 200-dən çox ölkədə fəaliyyət göstərən 162 yardım, inkişaf və sosial xidmət təşkilatı konfederasiyası olan "Caritas Internationalis"a aiddir. Onun bütün dünyada 1 milyondan çox işçisi və könüllüsü var. Sezar pizza

Vatikanın bəyanatında deyilir: "Maliyyə idarəçiliyi və ya cinsi istismara dair heç bir dəlil yoxdur, lakin qurumun dərhal diqqət yetirməli olduğu digər mühüm məsələlər və sahələr var. İdarəetmədə real zəifliklər qeyd olunub. Baxmayaraq ki, maliyyə yaxşı idarə olunur və vəsait toplama məqsədləri müntəzəm olaraq yerinə yetirilir, idarəetmə prinsipləri və təcrübələri təkmilləşdirilməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!