Papa istefa haqqında düşünür

saytların hazırlanması

Evə çatdırılma

Papa istefa haqqında düşünür

Dünya

10 Mart 2023 15:22 723


Papa Fransisk yorğunluq və ya səhhətində yaranan problemlərə görə təqaüdə çıxa biləcəyini və bununla bağlı yaxın adamlarla məsləhətləşdiyini bildirib.

Yenisabah.az RSI-yə istinadla xəbər verir ki, o, istefa qərarı ilə sualı belə cavablandırıb:

“Hər şeyi aydın görməyə imkan verməyən yorğunluq. Aydınlığın, vəziyyətləri dəqiq qiymətləndirmək bacarığının yoxluğu. Hətta fiziki problem də ola bilər”. pizza

Papanın sözlərinə görə, diz xəstəliyi onun üçün fiziki əzaba çevrilib və əlil arabasından istifadə etmək zərurətindən bir az utanır.

Roma Papası daha əvvəl bəyan etmişdi ki, papalıq xidmətini ömürlük hesab edərək istefa vermək haqda düşünmür. O xatırladıb ki, papa vəzifəsinə seçildikdən dərhal sonra səhhəti ciddi şəkildə pisləşdiyi təqdirdə taxtdan imtina etmək barədə sənəd imzalayıb.

Papa Fransisk diz oynağında şiddətli ağrılardan əziyyət çəkir və bu da onu əlil arabasından istifadə etməyə məcbur edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!