Parisdə yaşayan azərbaycanlıların   NƏZƏRİNƏ

saytların hazırlanması

Evə çatdırılma

Parisdə yaşayan azərbaycanlıların NƏZƏRİNƏ

Dünya

25 Noyabr 2022 20:19 1023


Noyabrın 28-də Parisdə Fransa Milli Assambleyasının qarşısında Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz olaraq piket keçiriləcək.

Yenisabah.az xəbər verir ki, artıq sosial şəbəkələrdə bununla bağlı elan və posterlər yayılır.

Yerli vaxtla saat 13:00-a planlaşdırılan aksiyada həmin gün Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada Azərbaycan əleyhinə qətnamə layihəsinin müzakirəyə çıxarılması ilə əlaqədardır. Pepperoni pizza

Piket zamanı Azərbaycan diasporunun üzvləri Fransa Milli Assambleyasının üzvlərindən Azərbaycana ədalət tələb edəcəklər.

Qeyd edək ki, noyabrın 15-də Fransa parlamentin yuxarı Palatası olan Senat Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamə qəbul edib.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!