“Parklanmaya görə nağd ödənişlər qanunsuzdur” - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Parklanmaya görə nağd ödənişlər qanunsuzdur” - Ekspert

Sosial

30 Noyabr 2023 17:37 470


“Parklanmaya görə nağd ödənişlər qanunsuzdur”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Ekspert parklanma ilə bağlı bir sıra məqamları açıqlayıb. Qeyd edib ki, rəsmi parkinq yerində ödəniş tələb etmək qanunsuzdur: "Həmçinin kimsə axşam saat 10-dan sonra sizdən rəsmi parkinq yerində pul istəyirsə, bu yolverilməzdir. O cümlədən, bazar günü rəsmi parkinq yerində sizdən pul təıəb edilməsinə də qanun icazə vermir".  pizza hut

Elməddin Muradlı bildiirb ki, burda söhbət yerüstü parkinq yerlərindən gedir: "Azərbaycanda bazar günü və hər gün axşam saat 10-dan səhər saat 7-yə qədər parkinq pulsuzdur. Parklanma yerlərində ödənişlər yalnız onlayn qaydada həyata keçirilir.Bəziləri axşam saat 10-dan sonra AzParkinq-in əməkdaşları ərazini tərk edən kimi və bazar günü əraziyə gələrə vətəndaşları aldadır və deyir ki, bazar günü və axşam saat 10-dan sonra parklanmaya biz baxırıq. Bütün bunlar qanunsuzdur və heç kimə ödəniş etməyə bilərsiniz”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!