Paşinyan: Baş verənlər inanılmazdır

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Baş verənlər inanılmazdır

Siyasət

04 Fevral 2026 18:00 546


Baş verənlər inanılmazdır.

"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimində bildirib.

“Bu mərasim təkcə sülh sazişinin qeyd edilməsi deyil. Bu, həm də Ermənistan və Azərbaycan tərəfindən münaqişənin səhifəsinin çevrildiyinin təsdiqidir. Əks halda, Azərbaycan Prezidentinin və ya mənim buraya gəlib bu şərəfi qəbul etməyim mənasız olardı. Bu, həm də beynəlxalq ictimaiyyətin dəstəyidir, çünki qərar dünyanın hər yerindən çox hörmətli üzv siyahısı olan Hakimlər Komitəsi tərəfindən qəbul edilib. Hakimlər Komitəsinə minnətdarlığımı bildirmək istəyirəm. Sezar pizza

Əziz dostlar, qərarınız, şübhəsiz ki, bölgəmizdə sülhü möhkəmləndirir və buna görə sizə təşəkkür edirəm. Bu mükafat Əl-Əzhərin Böyük İmamı Həzrətləri və Roma Papası Həzrətləri tərəfindən birgə təsis edilib. Bu fakt müsəlman və xristian dünyalarının dəstəyini simvolizə edir”, - Paşinyan qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!