“Paşinyan lənətlənəcək” - Zaxarova

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan lənətlənəcək” - Zaxarova

Dünya

15 Sentyabr 2026 18:55 166


Erməni kilsəsinə qarşı təqiblərdə iştirak edənlər (Baş nazir Nikol Paşinyan və komandasının üzvlərini nəzərdə tutur - red.) lənətlənəcəklər. Bunu onlara belə də çatdırın.

“Yeni Sabah” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “Ermənistan hakimiyyəti tərəfindən erməni kilsəsinə qarşı həyata keçirilən təqiblər” barədə sualı cavablandırarkən deyib.

“Dəhşətli cinayətlər var, amma Tanrıya qarşı müharibə və təqib əsrlər boyu davam edən lənətdir. Tarix bunu sübut edir”, - o bildirib. Marqarita pizza

Mariya Zaxarova Ermənistan hökumətinin üzvlərini İncil oxumağa çağırıb:

“İndi bunu təkrarlamayacam, özünüz müqəddəs kitabları və İncili oxuyun. Kilsəyə qarşı mübarizə Tanrıya qarşı müharibənin sərhədinə çatan və bilavasitə ora gedib çıxan mübarizədir. Və əlbəttə, bunu edənlər əsrlər boyu davam edən lənətə düçar olacaq”.

Bununla yanaşı, o, “lənət” deyərkən mütləq hansısa mistik hadisənin nəzərdə tutulmasının vacib olmadığını iddia edib:

“Düşünməməliyik ki, hansısa mistik bir şey baş verməlidir. Onlar məhz öz vətəndaşları, öz insanları tərəfindən lənətlənəcəklər. Təəssüf, təəssüf”.\Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!