“Paşinyan real problemləri həll etməyi bacarmır” - Rusiyalı ekspert
20 Okt 2020 15:49
513

“Paşinyan real problemləri həll etməyi bacarmır” - Rusiyalı ekspert

"Ermənistanın indiki rəhbərliyi real problemləri həll etməyi bacarmır".

Yenisabah.az xəbər verir ki, rusiyalı siyasi texnoloq Dmitri Solonnikov deyib.

O bildirib ki, Ermənistanın əvvəlki rəhbərləri ölkənin ətrafındakı beynəlxalq mühiti real qiymətləndirə bilsələr də, indi obyektiv dünyagörüşü öz yerini mif yaratmağa verib:

“Amma arzular həmişə sərt reallıqla üzləşir, qorxu isə öz hərəkətlərini, onların nəticəsini və dünyanın buna reaksiyasını adekvat qiymətləndirməyə imkan vermir. Bu şəraitdə Soros Fondunun göstərişləri əsasında yetişdirilmiş Ermənistan rəhbərliyi müxtəlif təxribatlara əl atır”.

D.Solonnikovun sözlərinə görə, döyüş zonasından uzaqda yerləşən dinc şəhərlərin atəşə tutulmasına, qadınların və uşaqların öldürülməsinə heç vaxt bəraət qazandırmaq mümkün deyil:

“Azərbaycan bu atəşlərin təxribatçı xarakterini və onların təşkilatçılarının əsil məqsədlərini yaxşı başa düşür. Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, biz döyüş meydanında cavab veririk. Bu, çox dəqiq mövqedir. Rusiya da bu cür addımların təxribatçılığını dərk edir və onu münaqişəyə sürükləməyə çalışan saxta xəbərlə real obyektiv informasiyanı fərqləndirə bilir”.

Günahkarların beynəlxalq məhkəməyə cəlb olunması məsələsinə toxunan ekspert vurğulayıb ki, bunun üçün əvvəlcə hərbi əməliyyatlar dayanmalıdır:

“Yəqin ki, hazırkı qarşıdurmanın sonunda Ermənistan rəhbərliyində dəyişikliklər olacaq və artıq Ermənistanda bugünkü liderlərə yönəlmiş proseslər gedir. Yəqin ki, dinc əhali arasında itkilərə səbəb olmuş bütün səbəblər beynəlxalq səviyyədə araşdırılacaq. İstənilən halda, əvvəlcə döyüş əməliyyatları dayanmalıdır ki, bununla bağlı da Rusiya tərəfi dəfələrlə çağırışlar edib”. (Trend)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər