Paşinyan Rusiya rəsmisindən hədiyyə aldı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Rusiya rəsmisindən hədiyyə aldı

Dünya

29 Sentyabr 2026 19:46 110


"Rosatom" dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov Ermənistanın baş naziri Nikol Paşinyana Metsamor atom elektrik stansiyasının (AES) ilk baş planının orijinal nüsxəsini bağışladığını bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Sputnik Blijneye Zarubejye" "Telegram" kanalı məlumat yayıb.

Rusiyalı rəsmi qeyd edib: pizza hut

"İlk baş planı, onun əslini bu gün biz Nikol Vovayeviçə hədiyyə etdik".

Qeyd edək ki, Metsamor AES Ermənistan ərazisində fəaliyyət göstərən yeganə belə stansiyadır. SSRİ dövründə inşa edilən bu obyekt hazırda ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 30-40%-ni təmin edir.

Lixaçov xatırladıb ki, stansiya 1988-ci ildə baş vermiş dağıdıcı zəlzələyə tab gətirib və həmin hadisədən sonra bir neçə il ərzində baxımsız qalıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!