Paşinyan Vaşinqtonda Trampın xüsusi nümayəndəsi ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Vaşinqtonda Trampın xüsusi nümayəndəsi ilə görüşdü

Siyasət

08 Avqust 2025 19:30 306


Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofla görüşüb.

Yenisabah.az xəbər verir ki, Ermənistan hökumətinin başçısı görüşün görüntülərini sosial şəbəkədə yerləşdirib.

Ermənistan hökumətinin Mətbuat Xidmətinin məlumatına görə, görüşdə Ermənistan-ABŞ strateji münasibətlərinin inkişafı və gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin bu gün keçiriləcək yüksəksəviyyəli görüşlə bağlı məsələlər müzakirə edilib. Pepperoni pizza

Qeyd edək ki, görüş Paşinyanın Trampla danışıqlarından və Azərbaycan prezidentinin iştirakı ilə üçtərəfli danışıqlardan bir neçə saat əvvəl baş tutub.

Bundan əvvəl Uitkof Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!