Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan son zamanlar həm öz ölkəsində, həm də Azərbaycanda gülüş hədəfinə çevrilib. Paşinyanın daxili və xarici siyasəti təkcə Ermənistanda deyil, dünya ictimaiyyətində istehza və ikrah doğurur. Bu mövzu azərbaycanlı sənətçilərin də diqqətindən yayınmır.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan ssenarist, aktyor Ənvər Abbasov mövzuya toxunduğunu, bu barədə səhnəciklər yazdığını bildirib:
“Paşinyanın gülüş hədəfinə çevrilməsi barədə yeni ssenarilər yazmışıq. Paşinyanın Kardaşyanla münasibəti, onu “millətin anası” adlandırmaqları ilə bağlı səhnəciklər hazırlamışıq. Ermənilərin döyüşə qocaları göndərməsi ilə bağlı da səhnəciyimiz var. Bunlar “Comedyxana”da bu həftə göstəriləcək”. Dördpendirli pizza
Telegram kanalımız