Paşinyanın mətbuat katibi Vaşinqton görüşü barədə məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın mətbuat katibi Vaşinqton görüşü barədə məlumat yaydı

Dünya

04 Avqust 2025 17:43 342


Hazırda baş nazir Nikol Paşinyanın ABŞ-yə gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edə bilirik.

Yenisabah.az armenian news-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Belə səfərlər olduğu halda, təbii ki, rəsmi açıqlamalar var və rəsmi açıqlama olarsa, məlumat təsdiqlənmiş sayıla bilər. Hazırda heç bir rəsmi açıqlama dərc etməmişik. Ona görə də xahiş edirik ki, səfərlə bağlı məlumat yalnız rəsmi açıqlamadan sonra təsdiqlənmiş hesab edilsin", - Nazirlər Kabinetindən bildirilib. Dördpendirli pizza

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Paşinyan-Əliyevin Cümə günü Vaşinqtonda mümkün görüşü barədə məlumatlar yayılır. ABŞ prezidenti Donald Trampın sülh sazişi imzalamaq üçün Ağ Evdə Ermənistan və Azərbaycan liderlərini qəbul edəcəyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!