Mayın 23-25-də Moskva vilayətində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək nümayəndələrin beynəlxalq görüşü keçiriləcək.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, Rusiya nümayəndə heyətinə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev başçılıq edəcək.
Forumda təhlükəsizlik şuralarının katibləri, dövlət başçılarının milli təhlükəsizlik üzrə müşavirləri və köməkçiləri, baş nazirin müavinləri, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının rəhbərləri iştirak edəcəklər. pizza
Konfrans iştirakçıları milli, regional və qlobal təhlükəsizliyin təmin edilməsi ilə bağlı mövzuları müzakirə edəcəklər.
Əvvəllər belə forumlar Yekaterinburq, Sankt-Peterburq, Vladivostok, Kazan, Ulan-Ude, Qroznı, Tver vilayəti, Ufa və iki dəfə Soçidə keçirilib.
Telegram kanalımız