Paytaxtda 19 yaşlı gənci maşın vurdu
15 Dek 2019 23:35
112

Paytaxtda 19 yaşlı gənci maşın vurdu

Bakıda 19 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində 2000-ci il təvəllüdlü Seyidov Amin Müşviq oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. /report



Oxşar xəbərlər