Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 22-də Bakı şəhərinin Yasamal rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Yeni Sabah" xəbər verir ki, "Azərişıq" ASC-dən məlumat verilib.
Təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Mehman Bunyadzadə, İzmir, Eldar Ağayev, Məhəmməd Xiyabani və Məhəmməd Xiyabani döngə 1, Əjdər Ağayev, Çuxursəd küçələrində, həmçinin 1-ci Alatava adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək. Sezar pizza
Görülən işlər başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Telegram kanalımız