Pensiyalarla bağlı şad xəbər: 10 faiz artım...

saytların hazırlanması

Evə çatdırılma

Pensiyalarla bağlı şad xəbər: 10 faiz artım...

Sosial

28 Avqust 2026 14:28 16569


Azərbaycanda aylıq pensiyaların orta məbləği artıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Qeyd olunub ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5 faiz artaraq 594.4 manata çatıb. Ortaaylıq pensiyanın məbləği ölkə üzrə ortaaylıq əməkhaqqının 50.6 faizinə bərabər olub. Sezar pizza

Ölkədə pensiyaçıların ümumi sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

2025-ci il iyulun 1-nə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 1 milyon 103 min 300 pensiyaçı qeydiyyatda idisə, 2026-cı il iyulun 1-nə bu rəqəm 1.1 milyon olub. Hazırda pensiyaçılar ölkə əhalisinin 10.7 faizini təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nilufər
    Nə gözəl, əla. Meyvə pulum çıxdı...) Pensiyamı bölürdüm ora, bura, kommunallara meyvəmə pulum qalmırdı... İndi ala biləcəm...????????????
    2 months ago
  • Şahın
    Elilik pensiye haçan artacaq 2ci qurup
    2 months ago
  • gunel
    Bes aile başçısıni itirdiyine görə pensiyalar necə oda artırmı ?
    2 months ago
  • Kənan
    Veteran pulu nə vaxd qalxacag?
    2 months ago