Pensiyalar yenidən artırılır?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Pensiyalar yenidən artırılır? - AÇIQLAMA

Sosial

20 Avqust 2026 23:16 114


Azərbaycanda təqaüdçülər üçün əsas suallardan biri növbəti pensiya artımının nə vaxt və hansı həcmdə olacağı ilə bağlıdır.

"Yeni Sabah" xəbər verir ki, 2026-cı ilin əvvəlində əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu artım 2025-ci ilin yekun göstəriciləri, xüsusilə ölkə üzrə orta aylıq əməkhaqqının artım tempi əsasında hesablanıb. Rəsmi məlumatlara görə, artımdan təxminən 1,1 milyon pensiyaçı yararlanıb.

Bəs növbəti artım nə vaxt olacaq? Sezar pizza

Bu mövzunu Metbuat.az-a şərh edən iqtisadçı Əli Məmmnədov bildirib ki, qanunvericiliyə əsasən əmək pensiyaları hər ilin əvvəlində əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Onun sözlərinə görə, 2026-cı ilin yanvarında artım baş verib və eyni qaydada 2027-ci ilin yanvarında da 2026-cı ilin yekun göstəricilərinə əsasən əmək pensiyalarında növbəti artım tətbiq olunacaq.

Bu isə o deməkdir ki, hazırkı qaydalar dəyişməzsə, pensiyaçılar növbəti ümumi indeksləşdirməni 2027-ci ilin əvvəlində gözləyə bilərlər. Lakin artımın neçə faiz olacağı indidən bəlli deyil. Bunun üçün 2026-cı il üzrə orta aylıq əməkhaqqının yekun artım göstəricisi məlum olmalıdır. Başqa sözlə, builki əməkhaqqı artımı gələn ilin pensiya artımının əsas meyarlarından birinə çevriləcək.

Əli Məmmədov işləməyə davam edən pensiyaçılarla bağlı ayrıca mexanizmin olduğunu qeyd edib. Qanunvericiliyə əsasən, əmək fəaliyyətini davam etdirən şəxslərin pensiyası müəyyən şərtlərlə altı ildən bir yenidən hesablanır və bu zaman onların topladığı pensiya kapitalı nəzərə alınır. Onun sözlərinə görə, 2026-cı ilin sonrakı aylarında altı illik müddəti tamamlanan pensiyaçıların pensiyaları da yenidən hesablanaraq artırıla bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!