Avqustun 12-si peşə təmayüllü siniflər üzrə müəllimlərin işə qəbulu imtahanı keçirilir.
"Yeni Sabah" xəbər verir ki, imtahanda namizədlərə ümumilikdə 60 test sualı təqdim olunur. Maksimum nəticə 100 baldır.
Qrup rəhbəri vakansiyası üzrə imtahan üç istiqaməti əhatə edir. Namizədlərə dünyagörüşü, informasiya-kommunikasiya texnologiyaları və metodiki istiqamətlərin hər biri üzrə 20 olmaqla, ümumilikdə 60 sual təqdim edilir. pizza
İxtisas müəllimi vakansiyası üzrə isə imtahan əməyin təhlükəsizliyi, metodiki hazırlıq və ixtisas istiqamətləri üzrə suallardan ibarətdir.
Peşə təmayüllü siniflərin əsas məqsədi X–XI sinif şagirdlərinin müxtəlif peşə istiqamətləri üzrə ilkin bilik və bacarıqlar əldə etməsinə şərait yaratmaq, onlarda sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına töhfə verməkdir.
Telegram kanalımız