“Mayın 9-da Qələbə günü münasibətilə Moskvaya səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə təkbətək söhbət edib”.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Xatırladaq ki, Paşinyan Putinin dəvəti ilə Moskvaya gedib və orada Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü münasibətilə Qızıl Meydanda keçirilən bayram hərbi paradına baxıb. Daha sonra o, Kremldə Putin və bir sıra MDB liderləri ilə qeyri-rəsmi səhər yeməyinə qatılıb. pizza hut
Telegram kanalımız