Pezeşkian İrandakı son durumdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian İrandakı son durumdan danışdı

Dünya

31 May 2026 22:31 55


İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən, bir hissəsi isə ölkənin xüsusi şəraitindən yaranan təzyiqlərdən qaynaqlanır.

“Yeni Sabah” “Tasnim”ə  istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.

O qeyd edib ki, hökumət ölkənin mövcud çətinliklərdən ən az xərc və zərərlə çıxması üçün var gücü ilə çalışır. Marqarita pizza

M. Pezeşkianın sözlərinə görə, ölkənin sosial kapitalının gücləndirilməsi və problemlərin həlli xalqa dürüst davranmaqdan asılıdır:

“Çətin şəraiti dəf etmənin və güclü, sabit gələcəyə çatmağın yolu sosial kapitala, milli birliyə və İranın qurulmasında hamının iştirakına güvənməkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!