YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Polad Həşimovun anası: “Dərdi çəkən bilər…”

Polad Həşimovun anası: “Dərdi çəkən bilər…”

Sosial

27 Sentyabr 2022 13:08 613


"İgidlərimizi əymək istəyənlər olsa belə, onlar əyilmədilər, əyilməməlidirlər. Şəhidlərimiz, qazilərimiz, igidlərimiz bizim qəhrəmanlarımızdır".

Yenisabah.az xəbər verir ki, bunu şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlunun məzarını ziyarət edərkən deyib.

Şəhid anası qeyd edib ki, iki il keçməsinə baxmayaraq, bizim yaramız hələ də təzədir:

"Valideynlər üçün çox çətindir. Dərdi çəkən bilər, başqa heç kim bilə bilməz ki, biz nələr çəkirik. Allah şəhidlərimizə rəhmət eləsin. Mən başqa bir söz deyə bilmərəm".

Qeyd edək ki, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!