Polislər Pərvini şöbəyə apardı, 3 saat orada qaldı

saytların hazırlanması

Evə çatdırılma

Polislər Pərvini şöbəyə apardı, 3 saat orada qaldı

Şou

17 Sentyabr 2021 02:01 1429


“Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə  xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək”.

Yenisabah.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayımda deyib. Sənətçi ünvanına deyilən tənqidlərə cavab verib.

Pərvin Vətən müharibəsi ərəfəsində əsgərlərə yardım aparmasından və polis tərəfindən saxlanılmasından söz açıb: Toyuqlu pizza

“Həmin vaxt foto paylaşdım, hamı ağzına gələni yazdı. Dedilər ki, özünü göstərməyə gedib, saçını açıb yemək çəkir. Amma heç kim ora necə çətinliklə getdiyimizi demədi. Biz yeməkləri “levi” yolla ora çatdırdıq. Yolda dedilər ki, keçə bilməzsiniz, olmaz. Biz də “qara yollar” tapıb getdik ki, yeməklər hazırdır, ziyan olmasın, verək. Ondan sonra qayıdanda cəzalandırıldıq. Yevlaxda bizi polislər mühasirəyə aldılar, şöbəyə getdik. 3 saat şöbədə qaldıq. Tolik (Tarix Əliyev – red.) orda neçə saat mübahisə etdi ki, biz yardım aparmışıq. Heç kim nəyinsə dərinliyini bilmir, amma tənqid edir”./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!