Prezident Azər Abbasova yüksək vəzifə verdi - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Prezident Azər Abbasova yüksək vəzifə verdi - DOSYE

Sosial

10 İyul 2023 15:10 15139


Prezident İlham Əliyev Azər Rasim oğlu Abbasovun Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. 

O, 1985-ci ildə Bakı şəhərində anadan olub.

2007-ci ildə Bakı Dövlət Universitetini Hüquq fakültəsini üzrə bakalavr, 2010-ci ildə Kommersiya hüququ üzrə magistr pilləsini bitirib. pizza sifarişi

A.Abbasov əmək fəaliyyətinə 2006-cı ildə "Azərbaycan Hüquqçular Assosiasiyası" İctimai Birliyində hüquqşünas kimi başlayıb, 2008-ci ildən isə Ədliyyə Nazirliyində məhkəmə nəzarətçisi vəzifəsində çalışıb.

O, 2010-2016-cı illərdə əmək fəaliyyətini Maliyyə Monitorinqi Xidmətində böyük hüquq məsləhətçisi kimi davam etdirib, 2016-2018-ci illərdə qurumun Hüquq sektorunun müdiri vəzifəsini icra edib, 2018-2023-cü illərdə Hüquq departamentinin direktoru vəzifəsində çalışıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!