Prezidentə müraciətdən sonra şəhid ailəsi statusu aldı

saytların hazırlanması

Evə çatdırılma

Prezidentə müraciətdən sonra şəhid ailəsi statusu aldı

Sosial

20 Noyabr 2021 13:38 1000


Vətən müharibəsi şəhidi Dmitri Solnsevin ailə üzvlərinin şəhid ailəsi statusu ala bilmirdi.

Yenisabah.az xəbər verir ki, şəhidin bacısı Yuliya Solnseva bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, imtina cavabı almışdı.

Onun sözlərinə görə, qardaşının başqa kimsəsi olmayıb, ərinin vəfatından sonra Dmitri onu və uşaqlarını himayə edib. İşsiz olan və şəkərli diabet xəstəliyindən əziyyət çəkən Y. Solnseva problemlərinin həlli ilə bağlı Prezidentə müraciət edib. Toyuqlu pizza

Artıq şəhid ailəsinin problemi həll olunub. Y. Solnseva aidiyyəti dövlət orqanlarının onunla əlaqə saxladığını və artıq bütün problemlərinin həll olunduğunu bildirib.

Şəhid bacısı ona göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!