Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dövlətin hazırkı lideri Salome Zurabişvilini dəstəklədiyini bildirib.
Yenisabah.az xəbər verir ki, onun fikrincə, ölkənin bütün siyasi qüvvələri “Rusiya çevrilişinə” təhdidinə görə ölkə rəhbəri ilə birləşməlidir.
Saakaşvili "Facebook" səhifəsində yazıb: “Mən prezident Zurabişvilinin son günlər verdiyi bəyanatları və onun azadlıq uğrunda mübarizəyə çağırışını dəstəkləyirəm. Fikrimcə, bütün siyasi qruplar Rusiya çevrilişinə qarşı birləşməli, habelə prezidentlə fasiləsiz məsləhətləşmələr aparmalıdır. İndi köhnə inciklikləri xatırlamaq vaxtı deyil”. pizza sifarişi
Eks-prezidentin qeyd etdiyi kimi, müqavimət indiki və keçmiş prezidentlərin, hər bir gürcünün borcudur. O, həmçinin Zurabişvilini statusundan istifadə etməyə və hakimiyyəti ələ keçirmək təhlükəsi barədə bütün dünyanı xəbərdar etməyə çağırıb.
Telegram kanalımız