Prokurorluğun veteranı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluğun veteranı vəfat etdi

Hadisə

26 İyul 2026 19:44 124


Baş Prokurorluğun veteranı, ədliyyə müşaviri Füzuli Həmid oğlu Musayev bu gün səhər saatlarında yaşadığı evdə ürəktutmasından vəfat edib.

"Yeni Sabah" AzTimes.az-a istinadən xəbər verir ki, Füzuli Musayev uzun illər prokurorluq orqanlarında səmərəli fəaliyyət göstərib.

O, 1992-ci ildə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əmək fəaliyyəti dövründə Daşkəsən, Samux və Tovuz rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, Zaqatala və Sabirabad rayon prokurorluqlarında prokuror müavini vəzifələrində çalışıb. Dördpendirli pizza

Füzuli Musayev daha sonra Sabirabad və Şamaxı rayonlarının prokuroru, eləcə də prokurorluq orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət göstərib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!