Pul insan hüquqlarından daha üstündür -  Hüquq müdafiəçisi
23 Yan 2021 12:17
312

Pul insan hüquqlarından daha üstündür - Hüquq müdafiəçisi

"Avropa İnsan Hüquqları Məhkəməsi (AHİM) dövlətlərarası şikayətlərlə bağlı qəbul etdiyi qərarlarda "nə şiş yansın, nə kabab" prinsipini qoruyur. Bir neçə istisna ola bilər. O da Türkiyəyə münasibətdə. Gürcüstan Rusiyaya qarşı işi də belə oldu. Rusiya Avropa Şurasına 33 milyon, Gürcüstan isə 555 758  avro üzvülük haqqı verir".

Yenisabah.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

O qeyd edib ki, AHİM Gürcüstanın iddiasını tam təmin eləsəydi aclıq olardı:

"Rusiya üzvülük haqqını iki il dayandırdı. Avropa Şurası yalvar-yapış Rusiyanı həmin pulu ödəməyə razı saldı və "qələt elədim" ərizəsi də yazdı. Pul insan hüquqlarından daha üstündür. Avropa Şurasının məmurları yüksək əmək haqqı almağa, bahalı xidməti avtomobildə gəzməyə, bahalı apartamentdə yaşamağa (AŞ hesabına) öyrəşiblər. Cəhənnəm olsun insan hüquqları, necə deyərlər".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər