Puqaçovanın yeni mahnıları araşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Puqaçovanın yeni mahnıları araşdırılacaq

Şou

03 Aprel 2025 14:11 218


Rusiyanın Xalq artisti Alla Puqaçov aprelin 1-də iki yeni mahnısını - "Mama" və "Müharibənin öpüşləri"ni təqdim edib.

Yenisabah.az xəbər verir ki, Rusiyanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin hesab edir ki, Puqaçovanın “Mama” mahnısı xüsusi hərbi əməliyyatı gözdən salmaq üçün yoxlanılmalıdır. Sözügedən bəstənin sözlərinin müəllifi A.Puqaçovanın özüdür. Mahnıda müharibədə həlak olmuş əsgərlə ananın dialoqunu öz əksini tapıb.

Borodin, artıq Baş Prokurorluğa məsələ ilə bağlı müraciət edib və mahnıların araşdırılmasını tələb edib. pizza

“Biz vaxtından əvvəl danışmayacağıq, amma ekspertizada diskreditasiya aşkar olunarsa, o zaman Puqaçova diskreditasiyaya görə məsuliyyətə cəlb olunacaq” deyə, o, açıqlamasında vurğulayıb./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!