"Kollektiv Qərb Asiya və Sakit Okean regionunda NATO-ya bənzər müttəfiqlik modelini yaymağa çalışır".
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən 10-cu Beynəlxalq Təhlükəsizlik Konfransının iştirakçıları və qonaqlarına müraciətində bildirib.
“Biz, həmçinin görürük ki, kollektiv Qərb NATO-ya bənzər müttəfiqlik sistemini Asiya və Sakit okean regionunda yaymağa çalışır. Bu məqsədlə AUKUS və digərləri kimi aqressiv hərbi-siyasi ittifaqlar yaradılır”, - deyə o vurğulayıb. pizza hut
Putin əlavə edib: “Aydındır ki, dünyada gərginliyin azaldılması, hərbi-siyasi təlatümlərdə təhdid və risklərin aradan qaldırılması, ölkələr arasında etimad səviyyəsinin yüksəldilməsi və onların davamlı inkişafının təmin edilməsi yalnız müasir çoxqütblü dünya sisteminin köklü şəkildə gücləndirilməsi yolu ilə həyata keçirilə bilər.
Birqütblü dünya nizamı dövrü keçir və nə qədər ki, mövcud qlobalist modeldən faydalananlar status-kvondan yapışıblar, onlar məhvə məhkumdur. Tarixi miqyasda geosiyasi dəyişikliklər tamam başqa istiqamətdə gedir”.
Xatırladaq ki, Avstraliya, Böyük Britaniya və ABŞ ötən ilin sentyabrında AUKUS-un yaradıldığını elan ediblər. Üçtərəfli saziş çərçivəsində Avstraliya Amerika və Britaniya texnologiyalarından istifadə etməklə ən azı səkkiz nüvə sualtı qayığı inşa etməyi planlaşdırır ki, onlardan birincisi 2036-cı ildə istifadəyə veriləcək. Söhbət Avstraliya silahlı qüvvələrinin Amerika qanadlı raketləri ilə təchiz edilməsindən gedir.
AUKUS üzvləri səsdən sürətli döyüş sistemlərinin hazırlanmasında əməkdaşlıq etmək niyyətində olduqlarını bəyan ediblər.
Telegram kanalımız