Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Putin özünütəcrid rejiminə keçdi
14 Sen 2021 13:22
497

Putin özünütəcrid rejiminə keçdi

Rusiya Prezidenti Vladimir Putin özünütəcrid rejiminə keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Bu, yaşadığı mühitdə koronavirusa yoluxma hallarına görədir”, - deyə Kremldən izah verilib. 

Daha sonra qeyd olunub: "Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında telefon danışığı olub. Vladimir Putin ətrafındakı koronavirusa yoluxma halları ilə əlaqədar olaraq müəyyən bir müddət üçün özünü təcrid etmə rejiminə riayət etməli olduğunu söyləyiob”.

Rusiya lideri sentyabrın13-də paralimpiyaçılarla görüş zamanı ətrafındakıların çoxunun koronavirusdan əziyyət çəkdiyini bildirib.

O, həqiqətən nə olduğunu başa düşmək üçün tezliklə özünü karantinə alacağını deyib.

Daha sonra mətbuat katibi Dmitri Peskov prezidentin məcazi olaraq danışdığını açıqlayıb.

Rusiya lideri bu ilin yazında “Sputnik V” ilə koronavirusa qarşı peyvənd edilib. 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər