Putindən Kadırovla bağlı   MÜHÜM TAPŞIRIQ - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Putindən Kadırovla bağlı MÜHÜM TAPŞIRIQ - FOTO

Dünya

03 Oktyabr 2026 16:32 117


"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TASS məlumat verib.

Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Dördpendirli pizza

Ona - Zolotova tapşırıq verilib ki, Putinin fərmanını Kadırova çatdırsın və ordu generalı qızıl poqonlarını təqdim etsin.

"Amma bu, hələ hamısı deyil. Üç gün əvvəl biz tünd qırmızı beretin təqdim edilməsi ənənəsinin yarandığı departament xüsusi təyinatlı qüvvələrinin yaradılmasının növbəti ildönümünü qeyd etdik. Və minnətdarlıq əlaməti olaraq bu ən vacib simvolu ordu generalı Kadırova təqdim etmək qərara alındı", - deyə Zolotov əlavə edib.

Daha əvvəl Kadırov general-polkovnik rütbəsinə sahib idi, o, bu rütbəni 2022-ci ildə alıb. Ordu generalı rütbəsi Rusiya ordusunda de-fakto ən yüksək rütbədir: yalnız marşal daha yüksəkdir, lakin 1997-ci ildən bəri heç kimə verilməyib.

Tünd qırmızı beret Rusiya Milli Qvardiyasının (Rosqvardiya) xüsusi təyinatlı bölmələrində və bəzi digər təhlükəsizlik xidmətlərində ən yüksək fərqlənmə forması hesab olunur./Oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!