Sabah ölkədə vəziyyət dəyişir – Bu ərazilərdə qalanlar   diqqətli olsun!

saytların hazırlanması

Evə çatdırılma

Sabah ölkədə vəziyyət dəyişir – Bu ərazilərdə qalanlar diqqətli olsun!

Sosial

03 Oktyabr 2026 12:34 531


Həftənin bazar günündə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dominos pizza

Havanın temperaturu gecə 12-14° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 4-ü gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-20° isti, dağlarda 0-5° isti, gündüz 6-10° isti olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!