3 oktyabr 1993-cü ildə müstəqil Azərbaycanın taleyini köklü şəkildə dəyişən, milli dövlətçiliyimizin xilasını və parlaq gələcəyini təmin edən tarixi Prezident seçkilərinin keçirildiyi gündür. Ağır siyasi böhranlar və xaos məngənəsində sıxılan ölkəmiz məhz həmin gün Heydər Əliyevin Prezident seçilməsi ilə öz xilas yolunu tapdı və böyük tərəqqi mərhələsinə qədəm qoydu. O gün qoyulan sarsılmaz təməllər bu gün suverenliyini tam bərpa etmiş qüdrətli Azərbaycanın ən böyük güc mənbəyidir.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü Naqif Həmzəyev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı 90-cı illərin keşməkeşli buxovundan xilas edən lider idi:
“Əgər həmin dövrdə, yəni 90-cı illərin əvvəllərində Ulu Öndər hakimiyyətdə olsaydı, ümumiyyətlə, başımıza bu müsibətlər gəlməz, Azərbaycan torpaqlarını itirməzdi. Lakin təəssüflər olsun ki, o dövrdə Ulu Öndərin Bakıda qalmasına və fəaliyyət göstərməsinə imkan vermədilər. Buna görə də o, Naxçıvana getməli oldu. Elə Naxçıvanın da bu gün qorunmasında və var olmasında Ulu Öndərin çox büyük xidmətləri oldu; Naxçıvanı bir növdə qorudu və saxladı. 1992-ci ildə xalqın təkidilə Ulu Öndər Yeni Azərbaycan Partiyasını yaratdı. Sonradan da məhz Azərbaycan çox çətin bir dövrə düşəndə, qardaş qırğını baş verəndə Ulu Öndər Bakıya dəvət olundu. İlk növbədə o, iyun hadisələrinin nəticəsi olaraq Gəncədə baş verən prosesləri dayandırmaq üçün Gəncəyə getdi. Daha sonra Ali Sovetin sədri vəzifəsini qəbul etdi və oktyabrın 3-də isə prezident seçkiləri keçirilərək ilk dəfə Ulu Öndər Azərbaycanın Prezidenti oldu. Yəni 3 oktyabrda Ulu Öndərin prezidentliyi rəsmi olaraq tanındı, qəbul edildi və xalqın demək olar ki, hər biri Ulu Öndəri dəstəklədi”. pizza
Deputat əlavə edib ki, məhz Ulu Öndər Heydər Əliyev Azərbaycanın bu günkü müstəqilliyini sarılmaz və daim etdi:

“Məhz Ulu Öndərin hakimiyyətə qayıtması ilə məhv olmaqla üz-üzə qalan Azərbaycan bu çətin vəziyyətdən çıxdı, parçalanmanın qarşısı alındı. Azərbaycanın müstəqilliyini demək olar ki, daimi, dönməz və əbədi etdi. Sonradan Azərbaycan Konstitusiyası qəbul edildi, parlament seçkiləri keçirildi. Ən əsası, 1994-cü ildə Azərbaycanda atəşkəs elan olundu və "Əsrin müqaviləsi" məhz 94-cü ildə imzalandı. Onsuz da Azərbaycan xəzinəsi boş idi, iqtisadiyyat demək olar ki, tamamilə məhv edilmişdi, maaşlar verilə bilmirdi, gəlir ümumiyyətlə yox idi və bu şəraitdə Azərbaycanın var olması mümkün deyildi. Bu baxımdan Azərbaycana sərmayə lazım idi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün böyük korporasiyaların ölkəyə gətirilməsi vacib idi və bunu da Ulu Öndər çətin də olsa bacardı, "Əsrin müqaviləsi" imzalandı. Nəticə etibarilə, məhz o dövrdən Azərbaycan inkişafa doğru addımladı”.
N.Həmzəyev sonda vurğulayıb ki, müasir Azərbaycanın var olması Ulu Öndərin adı ilə bağlıdır:
“Bir sözlə, müasir Azərbaycan Ulu Öndərlə bağlıdır; müasir Azərbaycanın var olması Ulu Öndərin adı ilə bağlıdır. Bu gün də Ulu Öndərin bizə əmanət etdiyi müstəqil Azərbaycan və Yeni Azərbaycan Partiyası qorunur, cənab Prezidentin ətrafında bütün Azərbaycan xalqı birləşib. Məhz Ulu Öndərin o tövsiyələri, bizə qoyub getdiyi və əmanət etdiyi siyasi xətt Cənab Prezidentin rəhbərliyi altında daha da inkişaf etdirildi. Biz torpaqlarımızı ləyaqətlə, ədalətlə və şərəflə geri qaytardıq, suverenliyimizi tam olarak bərpa etdik. Bu baxımdan da 3 oktyabr tarixi Azərbaycan və Azərbaycan vətəndaşları üçün çox əzizdir, doğmadır. Çünki Ulu Öndərin Azərbaycana prezidentlik etməsi və hakimiyyətə yenidən qayıtması ilə biz bu müsibətlərdən, bəlalardan xilas olmuş olduq”.
Nazim Hacıyev
Telegram kanalımız