Ukrayna millisi UEFA Millətlər Liqasında Şimali İrlandiyaya 0:3 hesabı ilə məğlub olub.
"Yeni Sabah" xəbər verir ki, bu nəticə Ukrayna yığmasının nominal ev sahibi olduğu rəsmi oyunlar üçün antirekorddur.
Milli öz tarixində ilk dəfə nominal ev sahibi statusunda keçirdiyi rəsmi qarşılaşmada üç top fərqi ilə uduzub. Daha əvvəl komanda öz meydanı sayılan oyunlarda heç vaxt iki qoldan artıq fərqlə məğlub olmayıb. pizza sifarişi
Ukraynada beynəlxalq oyunların keçirilməsi mümkün olmadığından Şimali İrlandiya ilə görüş Slovakiyanın Trnava şəhərində baş tutub.
Telegram kanalımız