Bu telefon nömrələrinin qiyməti dodaq uçuqladır - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bu telefon nömrələrinin qiyməti dodaq uçuqladır - FOTOLAR

Sosial

02 Oktyabr 2026 12:34 355


Son zamanlar mobil operatorların xüsusi indeksli və nadir kombinasiyalı telefon nömrələri onlayn elan platformalarında astronomik qiymətlərlə satışa çıxarılır.

Bəzi SİM-kartların qiymət etiketləri hətta paytaxt Bakıda tam təmirli mənzil qiyməti ilə yarışacaq həddə çatıb.

“Yeni Sabah”ın araşdırmasına görə, təqdim olunan elanlar arasında en bahalı təkliflər sırasına 120 000 manatlıq qiymətlə "(050) 666-66-66" və "(051) 555-55-55" nömrələri rəhbərlik edir. Eyni rəqəmlərin ardıcıl təkrarlanmasından ibarət olan bu kombinasiyalar faktiki olaraq mənzil qiymətinə təklif olunur. pizza sifarişi

Diqqət çəkən digər yüksək qiymətli elanlar isə aşağıdakılardır:

(050) 288-88-88 nömrəsi üçün satıcı 85 000 manat tələb edir.

(051) 900-00-00 nömrəsi isə 72 000 manata alıcı axtarır.

Bir çoxları bu cür "qızıl" nömrələrin dəyərini onların yaddaşda asan qalması və müəyyən biznes və ya status göstəricisi sayılması ilə izah edirlər.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!