“Rusiyanın Ukraynaya təcavüzünü törədənlərin mühakiməsi üçün tamhüquqlu beynəlxalq tribunal yaradlmalıdır”.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsində (ICC) çıxışı zamanı deyib.
Zelenski bildirib: “Hamımız daha bir Vladimiri burada görmək istərdik. Onu – cinayət əməllərinə görə mühakimə olunmağa layiq olan birini burada, Haaqada görmək istəyirik. Bunu burada, beynəlxalq hüququn paytaxtında etmək lazımdır”. pizza
Ukrayna rəhbəri Ukraynanın müharibədə Rusiya üzərində qələbəsindən sonra Putinin mühakimə olunacağına əmin olduğunu bildirib.
Xatırladaq ki, bu ilin martında ICC Rusiya Federasiyasının prezidenti Vladimir Putinin həbsinə order vermişdi.
Telegram kanalımız