Putinin reytinqi şok etdi

saytların hazırlanması

Evə çatdırılma

Putinin reytinqi şok etdi

Dünya

25 Avqust 2023 14:24 807


Rusiya lideri Vladimir Putinin reytinqi açıqlanıb. 

Axar.az xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğuya görə, Putini rusiyalıların 73,3%-nin dəstəklədiyi üzə çıxıb.

Baş nazir Mixail Mişustin 59,5%, Kommunist Partiyasının lideri Gennadi Züqanov isə 31,4% səs toplayıb. Toyuqlu pizza

Bununla yanaşı, respondentlərin 48,9%-i Rusiya hökumətinin, 50,4%-i isə baş nazirin fəaliyyətini bəyəndiyini açıqlayıb.

Qeyd edilir ki, sorğu 14-20 avqustda 1,6 min rusiyalı arasında telefonla aparılıb.

Sorğuda Putinin reytinqinin hazırkı müharibə şəraitinə və gərginliyə baxmayaraq, yüksək olması diqqət çəkib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!