Qadınların pensiya yaşı ilə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Qadınların pensiya yaşı ilə bağlı AÇIQLAMA

Sosial

19 Noyabr 2022 21:50 98776


Azərbaycanda qanunvericiliyə əsasən pensiya üçün kişilərdə yaş həddi 65, qadınlarda 63 yaşdır. Bəzi şəxslər bu yaş həddinin çox olduğunu deyir və təklif edir ki, onu azaltmaq lazımdır. Amma beynəlxalq praktikaya nəzər yetirdikdə, inkişaf etmiş ölkələrdə yaş həddi bizdəkindən çoxdur. Bununla belə diqqəti əmək pensiyası hüququnu qazanmaq məsələsinə yönəltmək lazımdır.

Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı Pərviz Heydərov deyib.

Onun fikrincə, ölkə iqtisadiyyatı elə inkişaf səviyyəsinə malik olmalıdır ki, çalışanlar əmək pensiyası hüququnu tez əldə etməyə nail ola bilsinlər: “Yəni bu, iqtisadiyyatın inkişafına bağlıdır. Hər şeyi dövlətdən gözləmək doğru deyil. Dövlət pensiyanı vətəndaşlara nəyin hesabına verir? Vətəndaşlara vaxtı ilə bu və ya digər sahədə çalışdıqları və aldıqları əmək haqlarından əldə etdikləri vergi, sosial ayırmaları hesabına yığılan vəsaitin sayəsində verilir. İndi isə dövlət ona çalışır ki, vətəndaşlarımız çalışdıqları sahədə daha çox əməkhaqqı alsın, nəticədə ondan da daha yüksək sosial ayırmanı alsınlar. Pensiya hüququ çatanda həmin vətəndaşa həmin pensiyanı ödəmək imkanı olsun. Toyuqlu pizza

Mən də istəyərdim ki, kişilər üçün 60 yaşında pensiya hüququ tanınsın. Amma dövlət həmin vəsaiti ödəmək gücündə deyil axı. Gərək mən o dərəcədə, yüksək səviyyədə əməkhaqqı alım ki, 55-60 yaşına qədər elə dfərəcə sosial ayırma, dövlətə vergi ödəyim ki, sosial sığorta pensiya məbləği yaransın, mən də onun hesabına 55-60 yaşında pensiyaya çıxım”.

Qadınlara gəlincə, ekspert qeyd edib ki, ölüm faktını, statistik rəqəmləri incələmək lazımdır:

"Qadınların pensiya üçün 63 yaşdan aşağı salmaq olar. Qadınlar zərif cinsin nümayəndəsi olduğuna görə kişilərdən 2 il tez pensiyaya çıxırlar, yaş həddini bir az da aşağı salmaq olar. Sosial pensiya sığorta sistemində mexanizm elə səviyyədə təşkil olunmalıdır ki, yaş həddinin aşağı salınmasından danışmaq mümkün olsun. Vətəndaşların pensiya hüququ əldə etməsi üçün pensiya kapitalı təqribən 34 min manat hesab olunur. Həmin vəsaiti pensiyalarla indeksləşdirəndə vəsait dəyişir. Gələcəkdə pensiya kapitalını qısa müddətə əldə etmək üçün iqtisadiyyat güclü inkişaf etməlidir”./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elmir
    Salam siz nədən , kefdən danışırsız , kim isdəyir , hansı nümayəndəlik isdəyir onunla söhbət edərəm , insanlar zülüm çəkir , fikirdən 50 yə yaşa çata bilmir , vicdanınız ,kişiliyiniz olsun, Azərbaycan Respublikası ən yüksək inkişaf etmiş ölkələrin siyahısındadı , bir çooox rüşvətxor , məmurların gözdəri çıxsın doymurlar , şərəfiniz varsa , çalışın olun , Cənab Prezidentimiz bu mikrobları təmizləyib qurtara bilmir .
    3 years ago
  • Rəfael
    50 yaşdan sonra iş tapıb işləyə bilməyənlər neyləsin? Siz ideal cəmiyyətdən danışırsız. Bizdə vəziyyət başqadı, neft gəlirləri oğurlanır, xalqa çatmır, bundan danış bir az!
    3 years ago
  • Melek
    Yazdiĝimiz kimi inkiwaf etmiw ölkelerde,biz hele o qeder inkiwaf etmemiwik.Elbette kresloda oturub( yatib)3-4000 alanda heç kim pensiyaya çixmaq istemez.Amma seherden axwama kimi 300-600anata iwleyib,gelen ay maawina gün sayanlar,yorulur ve daha tez çixmaq ister pensiyaya.Ona göre de xahiw edirem bir az awaĝi tebeqenin insanlarini da düwünsünler hörmetli millet vekilleri.
    3 years ago
  • Suqra
    Mən bu yaşla razı deyiləm qadın üçün 63 yaş çoxdu
    3 years ago
  • Qurbanova Arzu Tağı
    İnkişaf etmiş ölkələri nəzərdə tutan insan yeqin 100faiz qanmır ki bizde o əmək haqqı verilmir vətəndaşlara....sığorta pulu qalıb yoldaşımın onu belə vermirlər...amma nəsə tez tez inkişaf etmiş ölkələri nümunə göstərirlər
    3 years ago