Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi dövlətin həyata keçirdiyi sosial siyasət kursunun prioritet istiqamətidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb.
Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilməsi səbəbsiz deyil. Şəhid ailələri və qazilər cəmiyyətin həssas təbəqəsidir və ona görə də bu həssas təbəqəyə daxil olan şəxslərin sosial problemləri daim diqqət mərkəzində saxlanılmalıdr.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 44 günlük Vətən müharibəsində 3000-ə yaxın döyüşçümüz şəhid olub. Bu müharibədə yaralananların ümumi sayı isə 11 min nəfərdən çoxdur. Pepperoni pizza
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 44 günlük Vətən müharibəsində yaralanmış 3 min nəfərə yaxın qaziyə müxtəlif əlillik dərəcəsi verilib.
Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə sosial ödənişlər edilir, sağlamlıqlarını itirmiş hərbiçilər protezlərlə təmin olunur, reabilitasiya mərkəzlərində müalicəsi həyata keçirilir. Müalicəsi ölkəmizdə mümkün olmayan yaralılar Türkiyəyə göndərilir.
Bununla yanaşı, şəhid ailəlıri və qazilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər də görülür, onlara dövlət hesabına mənzil və fərdi evlər, avtomobillər verilir. “YAŞAT” Fondunun yaradılması bu kateqoriyadan olan insanlara qayğını daha da gücləndirib.
Bundan başqa, şəhid ailələri və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbə yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinin daha çevik formada həll edilməsinə xidmət edir.
Təəssüf ki, bir sıra hallarda vətən uğrunda canını qurban verənlərin ailələri və sağlamlığını itirənlərlə bağlı xoşagəlməz hallara da rast gəlinməkdədər. Əsas problemlərdən biri də qazilərin əlillik dərəcəsi alarkən süründürməçiliklə üzləşməsidir. Bəzi halalrda isə onların müraciətinə mənfi cavab verirlir.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli hesab edir ki, müharibə iştirakçılarının problemi ilə bağlı qanunlara yenidən baxılmalıdır və ya müəyyən istisnalar olmalıdır:
“Bu gün ordumuzun Türkiyə modelinə keçirilməsini üstün tuturuqsa, bu sahədə də Türkiyə modelinə keçilməlidir. Çünki Türkiyə modelində qazilər və şəhidlərlə bağlı məsələlər xüsusi olaraq işlənir. Qazilər bu gün qanunun boşluğuna görə əziyyət çəkir, müavinət ala bilmir. Yetimlər evində böyüyən şəhidlə bağlı danışmaq lazımdır. Qanuna bir vergül qoyulub, yazıla bilər ki, şəhidin ailəsi yoxdursa, onun varisi qardaşı olsun. Qanunvericilikdə boşluqlar olduğundan şəhidin qardaşının başına o qədər işlər gəlir”.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikkrincə, qanunları qəbul edərkən, qaziləri nəzərə almaq lazımdır. Hüquq müdafiəçisi qazilərlə bağlı qanunun qəbul olunmasını təklif edir:
“Qazilər bizim şərəf yerimizdir. Bu yaxınlarda bir qazinin işlərinə baxırdıq. Qazinin əli işləmir, qəlpə yaraları var. Dedilər ki, ona pensiya düşmür, qəlpə yarası olana pensiya düşmür. Səbəb nədir? Qazi məsələsi olanda qanunlara dəyişiklik edilməlidir, çünki onlar bizim qürur mənbəyimizdir. Bu gün Prezident deyəndə ki, mən xalqın yanındayam, məmurlar da buna əməl etməlidir. İsraildə yaralanan əsgərin ömürlük pensiyası var. Belə qanunları qəbul etmək lazımdır”.
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.

Telegram kanalımız