Qanunsuzluğa yol verən uşaq bağçasın müdiri işdən qovuldu 

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuzluğa yol verən uşaq bağçasın müdiri işdən qovuldu 

Sosial

25 İyun 2023 13:05 717


Mingəçevir şəhəri 10 nömrəli körpələr evi-uşaq bağçasında baş vermiş qanunsuzluqlarla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işinin başlanılmasına dair sosial şəbəkələrdə məlumat yayımlanıb. 

Bu barədə Yenisabah.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, Mingəçevir şəhəri 10 nömrəli körpələr evi-uşaq bağçasında İdarə tərəfindən sözügedən neqativ hallarla bağlı 2023-cü ilin fevral ayında yoxlamalar aparılıb və yoxlamanın nəticəsinə əsasən qeyd olunan bağçanın müdiri Cəfərova Natəvan Bəhərçin qızı Elm və Təhsil Nazirliyinin 10 mart 2023-cü il tarixli, müvafiq əmrinə əsasən tutduğu vəzifədən azad olunub.  pizza mizza

Qeyd edilib ki, İdarə tabeliyində olan təhsil müəssisələrində baş vermiş neqativ və qanunsuz halları pisləyir, bunun yolverilməz olduğunu vurğulayır, həmçinin bu kimi hallara səlahiyyətlər çərçivəsində daxili nəzarət tədbirləri, o cümlədən xidməti araşdırmalar, monitorinqlərin həyata keçirilməsi və aşkar edilmiş nöqsanların və hüquqpozmaların səbəblərini müəyyənləşdirərək onların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!