Müdafiə Nazirliyi tibbi avadanlıqlar satın alır.
“Yeni Sabah” xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “AZƏRİ MED” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qurumla şirkət arasında bağlanan müqavilənin ümumi məbləği 656 856,35 AZN təşkil edir.
Qeyd edək ki, sözügedən şirkət 2004-cü ildə təsis olunub və barəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 2026-cı il iyulun 28-də inzibati xəta haqqında protokol tərtib edilib. Dördpendirli pizza
Buna səbəb şirkətin dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha sataraq “Dərman vasitələri haqqında” Qanunun 4.7-ci maddəsinin tələblərini pozması olub. Fakt İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi ilə qiymətləndirilib.
Həmin maddəyə əsasən, tənzimlənən qiymətdən yuxarı qiymətə dərman satışına görə hüquqi şəxsləri 3 000 manatdan 5 000 manatadək cərimə gözləyir.
Cəlalə
Telegram kanalımız