“Qarabağ” Martin Zlomisliçi transfer etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Martin Zlomisliçi transfer etdi

İdman

21 İyun 2026 21:27 176


2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" klubu növbəti futbolçu keçidini gerçəkləşdirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, Xorvatiyanın "Riyeka" klubu ilə danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç "Qarabağ"a transfer olunub. pizza sifarişi

Bosniya və herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper komandada 23 nömrəli formanı geyinəcək.

"Şiroki Briyeq" klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Martin Zlomisliç 2021-ci ildə "Riyeka"ya keçib.

Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir. Millidə 3 oyuna çıxan M. Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alıb.

Qeyd edək ki, Martin Zlomisliç yay transfer pəncərəsində "Qarabağ"ın beşinci transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa "Qarabağ"a qoşulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!