25 Sentyabr - 05:43
“Qarabağ“ın rəqibində yeni baş məşqçi

“Qarabağ“ın rəqibində yeni baş məşqçi

İdman

21 Sentyabr 2022 14:14 453


"Qarabağ" klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" komandası yeni baş məşqçisini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ölkə çempionu ispaniyalı Miçel Qonsalesə tapşırılıb.

59 yaşlı mütəxəssisin müqaviləsinin detalları hələlik açıqlanmayıb.

Miçel Qonsales 1982-1996-cı illərdə "Real Madrid"in formasını geyinib. Son olaraq 2021-ci ildə "Xetafe"nin sükanı arxasında olan baş məşqçi 2013-2015-ci illərdə "Olimpiakos"a rəhbərlik edib.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!