“Qazın 5 faizi tranzit haqqı olaraq Ermənistana çatacaq” - Regionda yeni energetika  düsturu

saytların hazırlanması

Evə çatdırılma

“Qazın 5 faizi tranzit haqqı olaraq Ermənistana çatacaq” - Regionda yeni energetika düsturu

İqtisadiyyat

03 İyun 2026 14:38 280


“Zəngəzur dəhlizi istiqamətində qaz kəmərinin çəkilməsi başlıca olaraq Naxçıvan Muxtar Respublikasının qazla təmin edilməsinə şərait yaradacaq. İran 2005-ci ilin noyabrından etibarən Azərbaycandan Naxçıvana qazın ötürülməsi müqabilində natural şəkildə 15 faiz həcm alırdı. Halbuki dünya miqyasında bu, 5 faizdir”.

Bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə mütəxəssis İlham Şaban deyib.

Onun sözlərinə görə, səmərəliyi artırmaq üçün yeni qaz kəməri Ermənistan ərazisindən Naxçıvan qazla təmin ediləcək: Pepperoni pizza

“Yaxın gələcəkdə Türkiyənin şərq əyalətlərini həmin boru kəməri vasitəsi ilə qazlaşdıra bilərik. Təbii ki, həmin qaz kəməri Ermənistan ərazisindən keçəcəyi üçün tədarük olunan qazın 5 faizi tranzit haqqı olaraq onlara çatacaq. Eyni qayda Gürcüstan ərazisindən keçən qaz kəmərləri üçün də şamil olunur. Layihənin stabil və qalıcı olması üçün ixracatçı və idxalatçı ölkələrin olduğu kimi, tranzit ölkənin də maraqları təmin olunmalıdır”.

Ekspert əlavə edib ki, Zəngəzur istiqamətində inşası nəzərdə tutulan qaz xəttinin mahiyyəti digərlərindən fərqlidir:

“Bu kəməri ilkin olaraq, Naxçıvanın qazla təminatı üçün edirik. Muxtar Respublika illik 400 milyon kubmetr qaz istehlak edir. İğdır-Naxçıvan qaz kəmərinin ötürücülük qabiliyyəti illik 750 milyon kubmetrdir. Bunu 2 milyard kubmetrə qədər artırmaq olar. Amma Gürcüstan ərazisindən ixraca 22-23 milyard kubmetr qaz göndəririk. Yəni Ermənistan ərazisindən keçən yeni qaz kəməri Gürcüstandan keçən qaz xəttinin aktuallığına heç bir təhlükə yaratmır”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan seçicilərlə görüşündə bildirib ki, Ermənistan ərazisindən tranzit qaz kəməri çəkiləcək və bu, ölkənin tranzit müqabilində qaz almasına imkan verəcək.

Azərbaycan Prezidenti İlham Əliyev də Bakıda keçirilən 31-ci "Baku Energy Forum"un (Bakı Enerji Forumu) rəsmi açılış mərasimindəki çıxışı zamanı qeyd edib ki, Şərq-Qərb dəhlizinin mühüm bir qolu olacaq Zəngəzur dəhlizi mütləq inşa ediləcək və bu layihənin regionun enerji, nəqliyyat və kommunikasiya xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!