Qərb bölgəsinə leysan yağıb, Gəncədə bəzi küçələrə sel gəlib - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Qərb bölgəsinə leysan yağıb, Gəncədə bəzi küçələrə sel gəlib - FAKTİKİ HAVA

Sosial

18 İyun 2023 14:24 697


Qərb bölgəsinin dağlıq rayonlarında və Gəncə şəhərlərində hökm sürən qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib.

“Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən, Gədəbəy, Göygöl Şəmkir rayonlarında həmçinin, Gəncə şəhərinə leysan yağışlar yağıb.

Güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti əkin sahələrinə, meyvə ağaclarına və digər təsərrüfatlara ciddi ziyan vurub. pizza hut

Ucqar kəndlərə dolu düşüb, bəzi kəndlərin ərazilərindən sel keçib.

Yaxış suları səbəbindən Gəncə şəhərinin bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!