“Qərb Ukraynanı müstəmləkəyə çevirib” - Putin 

saytların hazırlanması

Evə çatdırılma

“Qərb Ukraynanı müstəmləkəyə çevirib” - Putin 

Dünya

09 Dekabr 2022 13:06 662


Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətə görə Qərbi ittiham edib. 

Modern.az xəbər verir ki, Putin bu barədə Avrasiya İqtisadi İttifaqının sammiti zamanı danışıb.

“Qərbin müxtəlif vasitələrlə dominantlığını saxlamaq cəhdləri dünyadakı münaqişə potensialını böyüdür. Qərb Ukraynanı müstəmləkəyə çevirib və Ukrayna xalqını “ət gülləsi” kimi istifadə edir”, - Putin bildirib. Sezar pizza

Rusiya prezidenti, həmçinin dünyanın xaosa yuvarlandığını vurğulayıb.

Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazisinə hücumu ilə başlanan müharibə davam etməkdədir. Rəsmi Moskva Ukraynanın Xerson və Zaporojye vilayətlərini, eləcə də qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!