Qətər “HƏMAS”ın Dohadakı qərargahını bağlamayacaq

saytların hazırlanması

Evə çatdırılma

Qətər “HƏMAS”ın Dohadakı qərargahını bağlamayacaq

Dünya

29 Oktyabr 2023 11:58 599


Qətər oktyabrın 7-də İsrailə hücumdan sonra Fələstinin radikal “HƏMAS” hərəkatının Siyasi Bürosunun Dohadakı qərargahını bağlamaq niyyətində deyil. Çünki bu kommunikasiya kanalı hazırda Qəzzada saxlanılan girovların azad edilməsi üzrə danışıqlar və hərbi əməliyyatların gərginləşdirilməsinə qarşı yönəlmiş səylər üçün vacibdir. 

Yenisabah.az “CNN” telekanalına istinadən xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib. 

Onun sözlərinə görə, rabitə kanalı müəyyən vaxtlarda Fələstin-İsrail arasında gərginliyin qarşısını almaqda mühüm rol oynayıb:  Pepperoni pizza

İndi bu, cari eskalasiya zamanı faydalıdır. Bu, girovların azad edilməsinə və onların ailələrinə qaytarılmasına vasitəçilik edə biləcəyimiz yeganə yoldur”. 

Qətərli diplomat qeyd edib ki, İsrail qüvvələrinin Qəzza zolağında davam edən yerüstü əməliyyatı Dohanın Fələstin anklavında saxlanılan girovları azad etmək səylərini xeyli çətinləşdirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!