Qeyri-sabit hava ayın 4-də bitəcək

saytların hazırlanması

Evə çatdırılma

Qeyri-sabit hava ayın 4-də bitəcək

Sosial

02 May 2023 11:48 571


Şimal-qərb küləyi arabir Balakən, Naftalanda 20 m/s, Ağdamda 18 m/s, Sabirabadda 17 m/s, Naxçıvan, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib, Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-15° isti, Naxçıvanda 7-12° isti, dağlıq rayonlarda 3-7° isti, yüksək dağlıq ərazilərdə 3°-dək şaxta, aran rayonlarında 11-14° isti olub. Sezar pizza

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 4-ü axşamadək davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!