Bu ilin ilk yarısında Azərbaycanda ümumilikdə 533 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Yeni Sabah" yeniavaz.com-a istinadla xəbər verir ki, qəzalar nəticəsində 285 nəfər həyatını itirib, 404 nəfər isə yaralanıb.
Azərbaycanda hər 10 yol qəzasına orta hesabla 5,35 ölüm düşür. Yəni təxminən hər iki qəzadan birində ölüm hadisəsi baş verib. Marqarita pizza
Qonşu Gürcüstan və Ermənistanda baş verən yol-nəqliyyat hadisələrinin sayı Azərbaycanla müqayisədə dəfələrlə çox olsa da, ölüm hallarının sayı nisbətən azdır.
Bu ilin ilk yarısında Gürcüstanda 1267 yol-nəqliyyat hadisəsi baş verib və bu qəzalarda 201 nəfər ölüb, 1925 nəfər yaralanıb. Eyni dövrdə Ermənistanda 2151 yol-nəqliyyat hadisəsi baş verib və bu hadisələr nəticəsində 114 nəfər ölüb, 3127 nəfər yaralanıb.
Göründüyü kimi, hər 10 yol qəzasına düşən ölüm sayı Gürcüstanda 1,59, Ermənistanda isə 0,53 təşkil edir. Nəticədə hər 10 qəza üzrə ölüm göstəricisi Azərbaycanda Gürcüstandan təxminən 3,4 dəfə, Ermənistandan isə 10 dəfə yüksək olub.
Dünya Səhiyyə Təşkilatı (DST) yol qəzalarında ölüm hallarına ən çox yol infrastrukturunun, nəqliyyat vasitələrinin təhlükəsizliyinin, yol hərəkəti iştirakçılarının davranışının, təhlükəsizlik kəmərindən istifadənin və qəza baş verdikdən sonra tibbi yardımın keyfiyyətinin təsir etdiyini açıqlayıb.
Telegram kanalımız