TƏBİB ötən gün Qobustanda baş verən qəzaya dair məlumat yayıb.
"Yeni Sabah" xəbər verir ki, hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb, 1 nəfər ölüb.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb, 2 nəfər isə yazılı iltizamnamə əsasında tibbi xidmət almaqdan imtina edib. Daha ixtisaslı tibbi xidmət almaq üçün 1 nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir. Marqarita pizza
Ölən şəxs "Mercedes-Benz"in sürücüsü 61 yaşlı Zakir Ağayevdir.
Telegram kanalımız